Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri və bir fərd kimi nizamnaməmizə uyğun olaraq seçkilərdə iştirakı doğru sayıram.
Ovqat.com bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu rəhbərlik etdiyi partiyanın seçkilərdə iştirak edib-etməyəcəyinə dair suala cavabında deyib.
Onun sözlərinə görə, KXCP-nin yekun qərarı dekabrın 9-da İdarə Heyətinin müzakirəsindən sonra veriləcək: “Növbədənkənar parlament seçkiləri partiyamızın heç bir qurumunda müzakirə mövzusu olmadığından bu mövzuda konkret bir söz deyə bilmirəm. Məramnaməmizdə hakimiyyət dəyişikliyi birmənalı şəkildə seçkilərdə iştirak yolu ilə göstərildiyinə görə bu məsələ nizamnamə vəzifəsidir”.
Şəxsən özünün seçkilərdə iştirakına gəlincə, 2000-ci ildə qazandığı mandatdan imtina etdiyini xatırladan Mirmahmud Mirəlioğlu bildirib ki, onun seçkilərdə iştirak məsələsi artıq bitmiş məsələdir.
Paylaş: