Xəbər lenti

 

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir.

Axar.az xəbər verir ki, namizəd bu dəfə Tovuzun ən böyük kəndlərindən olan Əyyublu kəndində seçicilərlə görüşüb.

Görüş zamanı Qənirə Paşayeva kənd sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.

Deputatlığa namizəd Əyyublu kəndini ziyarət çərçivəsində fiziki imkanları məhdud sakinlərlə görüşüb, onların qayğıları ilə maraqlanıb.

“Gözəl Əyyublu kəndimizi addım-addım gəzməyə davam edirik. Gözəl insanlarımız, şəhid və müharibə veteranları ailələrimiz, fiziki imkanları məhdud balalarımızla görüşüb, fikir mübadiləsi aparırıq. Hər birinə dəstəkləri üçün bir daha təşəkkür edirəm. Özlərinə də söylədiyim kimi, onların dəstəyi mənim üçün çox dəyərlidir və onların etimadını hər zaman doğrultmaq üçün var gücümüzlə çalışacağıq. Var olsunlar! Bir daha dəstəkləri üçün təşəkkür edirik!”




Ana səhifəyə qayıt        Baxış: 615          Tarix: 19-01-2020, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma