Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev bu şəhərin Sarıyer Bələdiyyəsinin başçısı Şükrü Gençi və onun müavini Hüseyin Coşku ilə görüşüb.
Baş konsul görüşdə Azərbaycan və Türkiyə arasındakı əlaqələrin ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” şüarı əsasında inkişaf etdiyini bildirib. O, bundan sonra da həmin şüarı rəhbər tutaraq Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən müəyyən olunan siyasi kurs əsasında davam etdiriləcəyini bildirib.
Şükrü Genç ölkəmizlə hər sahə üzrə əməkdaşlıq etməyə hazır olduğunu deyib. Bələdiyyə başçısı ulu öndər Heydər Əliyevin doğum və vəfat tarixlərinin bələdiyyənin cari ildəki tədbirlər təqviminə daxil olunduğunu qeyd edib.
Görüş iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsi məqsədilə irəli sürülən layihə və təşəbbüslərin icrası istiqamətində müzakirələrlə davam etdirilib. \\Teleqraf.com
Paylaş: