
Xəbər lenti
Bu gün, 20:21
Bu gün, 19:15
Bu gün, 17:52
Bu gün, 14:58
Bu gün, 13:41
Bu gün, 12:50
Bu gün, 11:26
Bu gün, 09:06
Bu gün, 00:04
Dünən, 17:25
Dünən, 10:15

“Bu gün Azərbaycanda Ermənistanın qeyri-rəsmi səfirliyi fəaliyyət göstərir”.
Bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, o səfirliyin adı Milli Şuradır: “”5-ci kalon”un nümayəndələri bir neçə qrup insanları ətrafında birləşərək ermənipərəst qüvvələrin tapşırığı ilə ölkəmizə qarşı daim şər-böhtan kampaniyası aparırlar. Müəyyən miqdar vəsait qarşılığında bir neçə insanı ətraflarında birləşdirə biliblər. Çox təssüf ki, vaxtı ilə Azərbaycan ordusunda xidmət edən və müəyyən sirləri düşmənə satan hərbçilər də xalqımız tərəfindən zibil qutusuna atılan Milli Şuranın, “5-ci kalon”un sıralarındadır. Onlar həmin insanlardan istifadə edərək bütövlükdə Azərbaycan ordusuna, dövlətçilik ənənlərimizə və xalqımıza qarşı şər-böhtan kampaniyası aparırılar. Birbaşa onlar ermənilərin və ermənipərəsət qüvvələrin tapşırıqlarını yerinə yetirirlər. Özlərini elə aparırlar ki, sanki onlar Ermənistanın Azərbaycandakı qeyri-rəsmi səfirliyinin insanlarıdır. Yalnız Ermənistanın mövqeyini dəstəkləyirlər. Müqayisə də edəndə hər dəfə Ermənistanla müqayisə edirlər. Azərbaycan haqqında yalnış məlumatları sosial şəbəkələr və digər vasitələrlə dünya ictimaiyyətinə çatdırmağa çalışırlar. Onlar dövlətimizin və ordumuzun qüdrətlənməsini qəbul etmirlər. Milli ordumuzun qüdrətlənməsindən hər dəfə qorxu içində yaşayan erməni separatçı rəhbərliyi hər zaman “5-ci kalon”un nümayəndələrinə göstəriş verir ki, hər zaman Azərbaycan dövləti haqqında yalan, həqiqəti əks etdirməyən məlumatları dünya ictimaiyyətinə çatdırsınlar. Təəssüf ki, “5-ci kalon”un sıralarında vaxtı ilə erməniyə satılan keçmiş hərbçilər də var. Yəqin ki, onlar çalışdıqları dövrdə də ermənilərə satqınçılıqla məşğul olublar. Bu gün onlar “5-ci kalon”la birləşərək müəyyən vəsait qarşılığında Azərbaycan ordusu barəsində bildikləri məlumatları erməni tərəfə satırlar. Eyni zamanda “5-ci kalon”la birləşib ölkəmizin nüfuzuna xələl gətirmək üçün dezinformasiyalar yayırlar. Onların Milli Ordu sıralarında çalışan zaman məlumatları ölkəmizi sevməyən, “5-ci kalon”un nümayəndələrinin hakimiyyətdə olduğu zaman 20 faiz torpaqlarımızı işğal edən ermənilərə satdığı hər kəsə bəllidir”. \\Sonxeber.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar