Xəbər lenti

Belarus prezidenti Aleksandr Lukaşenko Dağlıq Qarabağ münaqişəsinin xarici müdaxilə olmadan həll edilməli olduğunu açıqlayıb.

Publika.az
xəbər verir ki, Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) Təhlükəsizlik Şurasının katibləri ilə görüşən Lukaşenko “Qarabağ, Dnestryanı, Ukrayna kimi münaqişələr bizim problemlərimizdir və bu münaqişələri xarici müdaxilə olmadan həll etməliyik” deyə o vurğulayıb.

A.Lukaşenkonun bu fikirləri İrəvanda narazılıqla qarşılanıb. Xüsusilə Ermənistan mediası Belarus prezidentinin çıxışını öz ölkələri üçün təhlükəli hesab edirlər.

Erməni jurnalist Sarqis Artsruni hesab edir ki, Lukaşenko əslində Bakının nöqteyi-nəzərini dilə gətirib: “Azərbaycan KTMT və Avrasiya İqtisadi İttifaqının üzvü olmasa da, faktiki olaraq, bu meydançalardan effektiv istifadə edir. Ermənistan isə bu strukturlarınn üzvü olmasına baxmayaraq, heç nə edə bilmir. Burada əlbəttə ki, diplomatiyanın yoxluğundan söhbət gedir. Lakin ümumilikdə Ermənistan yanlış yerdədir və Azərbaycanın müttəfiqlərini özünə dost hesab edərək, onlardan mənasız yerə nəsə gözləyir”.

Erməni jurnalist yazır ki, Qarabağ münaqişəsi Rusiya-Türkiyə-Azərbaycan oxu üzrə həll oluna bilər.

“Yəni xarici müdaxilə olmadan. Lukaşenko da məhz bunu dilə gətirir. Burada xarici müdaxilə Qərb nəzərdə tutulur. İstisna deyil ki, Moskva Belarus prezidentinə belə danışmağı tövsiyə edib. Çünki Moskva ərazilərin qaytarılması qarşılığında Azərbaycanın siyasi dəstəyini qazanmağı planlaşdırır”, - deyə o bildirib.

S.Artsruni KTMT və Avrasiya İqtisadi İttifaqının əslində slavyan-türk ittifaqı olduğunu qeyd edib: “Ermənistan burada yad bədəndir. Slavyan-türk ittifaqı təkcə Qarabağ münaqişəsini nizama salmayacaq, həm də Ermənistanı yox edəcək”.




Ana səhifəyə qayıt        Baxış: 1 229          Tarix: 16-06-2017, 14:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma