Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Dekabrın 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, üçtərəfli saziş imzalanan vaxt Azərbaycan qüvvələrinin nəzarəti altında olmuş Qubadlı və Zəngilan rayonlarında gərginlik yarana bilər. Bu barədə Rusiya KİV-ləri yazıblar.
O da bildirilir ki, Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi məsələsini dünən Moskvada Ermənistanın müdafiə naziri Vaqarşaq Arutyunyan müzakirə edib.
«Qərar qəbul edəcəyimiz növbəti problem Qubadlı və Zəngilan rayonlarındakı vəziyyətlə bağlıdır. Əlbəttə, Qarabağ üzrə birgə bəyanatda bu rayonlar barədə xatırlatma yoxdur, belə ki, bəyanat imzalanan anda onların böyük hissəsi, təəssüf ki, Azərbaycan qüvvələrinin nəzarəti altında olub… Danışıqların gedişində anlaşmaya nail olunub ki, sərhədin bu hissələri dəqiqləşdirilməlidir. Bu hissə üzrə bizim yol keçir və bu yol bizim üçün strateji əhəmiyyətə malikdir. Sərhədin və koordinatların dəqiqləşdirilməsi ilə bağlı müəyyən suallar var. Dünən gecəyarısı Moskvada müdafiə nazirinin iştirakı ilə müzakirələr keçirilib. Bir neçə təklif və məsələnin həll variantı var. Biz, yaxın vaxtlarda bu variantlardan birini qəbul eməliyik» - Nikolçik «buyurub».
Məkrin dərəcəsinə diqqət etdinizmi? Sən demə, Azərbaycan sərhədi yaxınlığından ermənilərin bir yolu keçirmiş və yol onlar üçün strateji əhəmiyyətlidir. Ona görə də Nikol Azərbaycanla yeni sərhəd xətti cızmağa (əlbəttə ki, ermənilərin xeyrinə!) çalışır. Ay, sən öləsən!!!
Mirzə AĞ
AzPolitika.info
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar