Xəbər lenti
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin heyəti Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və hərbi hərəkətlərə nəzarət vəzifələrini yerinə yetirir.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, rus hərbi personalı "Forpost" və "Orlan-10" pilotsuz uçuş aparatlarından istifadə edərək atəşkəsə nəzarəti yerinə yetirir: "Birgə mərkəzin hərbi qulluqçuları pilotsuz hava

vasitələrindən idarəetmə mərkəzində davamlı olaraq görüntülər alır, burada hərbi texnika, şəxsi heyətin bütün hərəkətləri analiz edilir və tərəflərin təmas xəttini keçməsinin faktları qeydə alınır".
Bildirilib ki, Birgə Mərkəzin növbətçiləri əldə olunmuş razılaşmaların pozulması barədə məlumatları toplayır, razılaşmaların yerinə yetirilməməsi ilə bağlı istənilən məsələlərə və ya problemlərə dair şikayətlərə baxır.
















Ana səhifəyə qayıt        Baxış: 2 837          Tarix: 4-02-2021, 10:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma