Xəbər lenti


Rusiya Xarici İşlər Naziri (XİN) Sergey Lavrov ABŞ-ın keçmiş Prezidenti Donald Trampı parlaq şəxsiyyət və anadangəlmə siyasətçi adlandırıb.

Rusiyanın XİN başçısı bu barədə “Solovyov Live” “YouTube” kanalına müsahibəsində deyib.

“O, parlaq şəxsiyyətdir. Vaşinqtonda onunla iki görüşümüzü və Rusiya Prezidenti Vladimir Putinlə görüşdə iştirakımı xatırlayıram. Tramp parlaq şəxsiyyət, anadangəlmə siyasətçidir”, - deyə S. Lavrov vurğulayıb.

S.Lavrov əlavə edib ki, əgər D.Tramp hər hansı işdə fayda görürsə maksimum ona can atır, görmədiyi təqdirdə isə hər şeyin əvvəlki qaydada davam etməsinə imkan verir.

S.Lavrov həmçinin bildirib ki, D.Trampın impiçment prosedurlarını heyrətlə izləyir.

/oxu.az/



Ana səhifəyə qayıt        Baxış: 2 723          Tarix: 12-02-2021, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma