Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
Ermənistanın Rusiya ilə Qarabağ ərazisinə əcnəbilər üçün yeni buraxılış məntəqəsinin təşkili barədə müzakirə aparması qanunsuz və təxribat xarakterli bir addımdır. Belə bir tələbin irəli sürülməsi açıqca 10 noyabr bəyanatına ziddir.
Bu sözləri Axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, 10 noyabr tarixli üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Laçın dəhlizi üzrə yalnız hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir:
“Bəyanatda Qarabağ ərazisinə əcnəbilər üçün yeni buraxılış məntəqəsi barədə bənd ya da yarımbaşlıq yoxdur. Ermənistanın Rusiya ilə belə bir mövzu ətrafında görüş keçirməsi isə beynəlxalq hüquqla da ziddir. Çünki söhbət Azərbaycanın Qarabağ bölgəsindən gedir və Ermənistanın bu ərazi üzərində heç bir hüquqi yoxdur.
Azərbaycan tərəfi mütləq şəkildə sərhədlərin tam nəzarətini öz üzərinə götürməlidir. Xüsusilə də Laçın dəhlizindən bu gün istənilən hərəkətə birbaşa nəzarət edilməlidir. Təəssüf ki, bu gün Ermənistandan Qarabağa hələlik rus sülhməramlılarının nəzarətində olan ərazilərə silah və canlı qüvvə daşınması ilə bağlı ciddi faktlar var. Ermənistan Müdafiə Nazirliyi qarşısında erməni əsgər valideynlərinin son etirazı da bu faktı təsdiqləyir. Düzdür, rus sülhməramlıları bu günə qədər bir neçə dəfə xarici ölkə rəsmilərini Qarabağa buraxmayıb. Lakin bununla belə, Qarabağa Ermənistandan hərbçilərin daxil olması faktları var.
Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə laqeyd qalmamalı, sadə bəyanatlar ilə kifayətlənməməlidir. Bu, ciddi məsələdir!”
Politoloq qeyd edib ki, Laçın dəhlizindən Qarabağa MDB vətəndaşları buraxılması da doğru deyil:
“Əslində, bu gün Ermənistan ilə Azərbaycan arasında vizasız rejim var, lakin işləmir. Məsələ ondadır ki, hər iki ölkə MDB üzvüdür. 9 dekabr 1992-ci il tarixli MDB vətəndaşlarının vizasız səyahət haqqında müqaviləyə görə üzv ölkələrin vətəndaşlarından viza tələb edilmir. Lakin sazişin hüquqi normaları Ermənistan və Azərbaycan vətəndaşları üçün de-fakto işləmir.
Bunun səbəbi də Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi idi. Bu gün Azərbaycan bu işğala son qoysa da, iki ölkə arasında sülh müqaviləsi yoxdur. Bu da o deməkdir ki, iki ölkə hələ də müharibə vəziyyətindədir. Görünür, erməni tərəfi bu reallıqları unudub.
Qarabağa MDB vətəndaşlarının buraxılmasında heç bir problem yoxdur, lakin bu buraxılış Laçın dəhlizindən deyil, rəsmi Bakının məsləhət biləcəyi yerdən olmalıdır. laçın dəhlizi yalnız Qarabağda yaşayan ermənilər üçün müvəqqəti olaraq Azərbaycanın verdiyi humanitar koridordur”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar