Xəbər lenti
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
“Əslində “Şərqi Zəngəzur” sözünün mənasını anlamaq o qədər də çətin deyil”.
Bunu Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Prezident fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasına münasibət bildirərkən deyib.
“Cənab Prezident İlham Əliyevin fərmanına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Fərmanda Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruriliyi, eyni zamanda Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla, özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılmasının vacibliyi göstərilir.
Hesab edirəm ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması qərarının ötürmək istədiyi mesaj tamamilə aydındır, əlavə şərhə ehtiyac yoxdur...”
“AzPolitika”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar