Xəbər lenti

Türkiyə xalqı bundan sonra da haqlı mübarizəsində Azərbaycan xalqının yanında olacaq.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə iki ölkənin müdafiə nazirlərinin görüşü olub. Görüşdə ikitərəfli və regional, müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Son günlər Ermənistan tərəfindən Azərbaycanla sərhəddə baş verən hücumlara və təxribatlara toxunan Hulusi Akar qeyd edib ki, Türkiyə xalqı bundan sonra da Azərbaycan xalqına haqlı mübarizəsində dəstək verəcək.


Ana səhifəyə qayıt        Baxış: 2 804          Tarix: 17-08-2021, 22:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma