Xəbər lenti

"Erməni hərbçilərin azərbaycanlı əsgərə hücumu bu ölkənin aqressivliyinin bitmədiyini sübut edir. Təxribatlar davam edir və ən müxtəlif yerlərdə baş verə bilər”.

Bunu “Report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının redaktoru İqor Korotçenko bildirib.

Ekspertin sözlərinə görə, yolun bağlanması uğurlu hərbi-siyasi aksiya idi: “Paşinyan Azərbaycanın suverenliyini de-fakto qəbul etdi. Müəyyən mənada sərhəddin demarkasiyası baş verdi. Aydındır ki, Laçın dəhlizi işlək vəziyyətdədir. İndi isə Zəngəzur nəqliyyat dəhlizi açılmalıdır ki, Azərbaycan Ermənistana göndərdiyi ismarışlardan biri də bununla bağlıdır”.

İ.Korotçenko deyib ki, Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycan ərazisindən keçməsini nəzərə alaraq, rəsmi Bakı mövcud reallıqların unudulmamalı olduğunu nümayiş etdirdi: “Azərbaycan göstərdi ki, Ermənistan tərəfinin istənilən təxribatları və qeyri-konstruktiv hərəkətləri dəf ediləcək. Ermənistan tərəfinin bu cür hərəkətlərinin qarşısını alınmalıdır, belə ki, hazırda rəsmi Bakının sülh təşəbbüslərinə rəsmi İrəvan tərəfindən cavab verilmir”.

Onun sözlərinə görə, gərginliyin baş qaldırmaması bütün tərəflərin maraqlarına cavab verir: “Hadisələrin məntiqi, o cümlədən Azərbaycanın siyasəti Ermənistanın mövcud reallıqlarla barışmasına yönəlib. Rəsmi Moskva da rəsmi İrəvanın üçtərəfli bəyanat çərçivəsində öz üzərində götürdüyü bütün maddələrə tam və dəqiq riayət etməsində son dərəcə maraqlıdır”.



Ana səhifəyə qayıt        Baxış: 3 455          Tarix: 30-08-2021, 14:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma