Xəbər lenti


ILNA, İran
08.09.2021


“İran Dəmir Yolları”nın keçmiş Mohsen Purseyid Ağayi rəhbəri: “Əgər Ermənistanla Azərbaycan arasında münasibətlər yaxşılaşarsa, sülh bərqərar olarsa, İran-Ermənistan dəmir yolu layihəsi aktuallığını itirəcək. Çünki bu halda İranla Ermənistan arasında dəmir yolu əlaqəsinə ehtiyac qalmayacaq. Hesab edirəm ki, İranın iqtisadi diplomatiyası və vasitəçiliyi ilə İran-Azərbaycan-Ermənistan dəmir yolu yenidən bərpa edilə bilər. Bu halda Culfa dəmir yolu marşrutu da yenidən işə düşər və bundan hər üç ölkə faydalanar”.

Mohsen Purseyid Ağayi ILNA-ya müsahibəsində İran-Ermənistan dəmir yolu xətti layihəsi haqda danışıb. “İranla Ermənistan arasında Culfa üzərindən Azərbaycana, oradan da Ermənistana gedən köhnə dəmir yolu var idi. Lakin onun bir hissəsi Ermənistanla Azərbaycan arasındakı müharibə üzündən yararsız hala düşüb. Bununla da üç ölkəni birləşdirən marşrut kəsilib”, - deyə Mohsen Purseyid Ağayi bildirib.

O, İrandan Ermənistana başqa bir dəmir yolunun olmadığını xatırladıb: “Nə qədər ki, Azərbaycanla Ermənistan arasında tam sülh yaranmayacaq, nəticədə bu köhnə dəmir yolu bərpa olunmayacaq, bu əlaqəni bərpa etmək də mümkün olmayacaq”.

“Son illərdə yeni dəmir yolunun inşası üçün Ermənistanla danışıqlar aparılıb və Yerevan İranla yeni dəmir yolu əlaqəsinin qurulmasına böyük maraq göstərib. Amma problem ondadır ki, Ermənistan bu işdə maraqlı olduğunu sübut etmək üçün öz ərazisində yeni dəmir yolu xəttinin çəkilişinə başlamalı, yeni dəmir yolu xətti çəkməli idi. İran bu layihəni təkbaşına həyata keçirilməli deyildi ki. Tərəflər arasında yeni dəmir yolunun tikintisi haqda danışıqların gedişində məsələ belə qoyulmuşdu: Ermənistan layihənin inşasında maraqlıdırsa, İran sərhədinə qədər dəmir yolunun tikintisini həyata keçirməlidir. Əks halda, İranın iki ölkənin dəmir yolu əlaqəsi üçün çəkdiyi külli miqdarda xərclər faydasız olacaq. Hər halda, həmin illərdə iki ölkə arasında bu layihəyə dair hər hansı saziş imzalanmayıb”.

Bütün bunlarla yanaşı, Mohsen Purseyid Ağayi hesab edir ki, iki ölkə arasında dəmir yolu əlaqəsinə o qədər də ciddi təlabat yoxdur. Başqa sözlə, İranla Ermənistan arasında daşımaların həcmi yeni dəmir yolu xəttinin çəkilişini zəruri etmir. Araşdırmalar göstərir ki, tərəflər arasında daşımaların, o cümlədən tranzit daşımalarının həcmi yeni dəmir yolu layihəsinin tikintisinə böyük xərclərin çəkilməsinə dəymir.

“Əgər Ermənistanla Azərbaycan arasında münasibətlər yaxşılaşarsa, sülh bərqərar olarsa, İran-Ermənistan dəmir yolu layihəsi aktuallığını itirəcək. Çünki bu halda İranla Ermənistan arasında dəmir yolu əlaqəsinə ehtiyac qalmayacaq. Hesab edirəm ki, İranın iqtisadi diplomatiyası və vasitəçiliyi ilə İran-Azərbaycan-Ermənistan dəmir yolu yenidən bərpa edilə bilər. Bu halda Culfa dəmir yolu marşrutu da yenidən işə düşər və bundan hər üç ölkə faydalanar”, - deyə “İran Dəmir Yolları”nın keçmiş rəhbəri qeyd edib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: ILNA


Ana səhifəyə qayıt        Baxış: 4 625          Tarix: 8-09-2021, 19:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma