Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Azərbaycan bu gecə saat 00:00-dan etibarən Ermənistanın Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinə gömrük və sərhəd prosedurlarını tətbiq etməyə başlayacaq.
"AzPolitika" xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan belə bir açıqlama verib.
O bildirib ki, Azərbaycan Ermənistana bu gecədən etibarən Qafan-Gorus yoluna gömrük tətbiq edəcəyi haqda xəbərdarlıq edib. "Bu gün Azərbaycan Ermənistan tərəfini məlumatlandırıb ki, gecə saat 00:00-dan etibarən Gorus-Qafan yolunda gömrük və sərhəd prosedurlarının tətbiqinə başlayacaq".
A.Qriqoryan bildirib ki, Ermənistan tərəfi də anoloji addım atmağa hazırlaşır.
Beləliklə, bu gecədən etibarən Azərbaycanla Ermənistan sərhəddində ilk gömrük postu və sərhəd keçid məntəqəsi fəaliyyətə bağlayacaq.
Xatırladaq ki, indiyədək ermənilər bu yoldan maneəsiz istifadə edirdilər. Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən 21 kilometrlik hissəsində qurulan polis postlarında isə yalnız İran maşınları yoxlanılırdı.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar