Xəbər lenti
Dünən, 20:25
Dünən, 19:48
Dünən, 18:45
Dünən, 16:55
Dünən, 14:20
Dünən, 12:00
Dünən, 10:26
31-01-2025, 23:46
31-01-2025, 22:40
31-01-2025, 21:45
31-01-2025, 21:00
31-01-2025, 19:41
31-01-2025, 18:46
31-01-2025, 16:52
31-01-2025, 14:37
"İran Ermənistanı dost ölkə hesab edir və İrəvanla mehriban qonşuluq münasibətlərinə böyük önəm verir".
"AzPolitika.info" xəbər verir ki, bu barədə İran Prezidenti Seyid İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında bildirib.
İran prezidentinin mətbuat xidmətinin məlumatına görə, Rəisi davam edən məsləhətləşmələri iki ölkə arasında dostluq əlaqələrinin dərinliyinin əlaməti adlandırıb.
O qeyd edib ki, İran Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında irəliləyişi dəstəkləyir: “Ümid edirik ki, bu sahədə qalan məsələlər sülh yolu ilə və iki ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmətlə, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, həmçinin bütün xalqların hüquq və təhlükəsizliyi nəzərə alınmaqla həll olunacaq. İran İslam Respublikası regionun məsələlərinin bütün region ölkələrinin konsensus və əməkdaşlıq əsasında, ümumi maraqlar və qarşılıqlı hörmət əsasında həll edilməsinə dərindən sadiqdir”.
Rəisi vurğulayıb ki, “Sionist rejim (İsrail - red.) heç bir halda region xalqlarının dostu deyil və bu rejimin Fələstin xalqına etdiyi zülm misilsizdir: "Sionist rejimin regionda təsirinin qarşısını almaq üçün bu rejimin hərəkətlərinə diqqətli və ehtiyatlı yanaşmaq lazımdır”.
Ermənistan və Azərbaycan arasında danışıqların gedişindən danışan Paşinyan 3+3 formatında sammitin tez bir zamanda Tehranda keçirilməsini alqışlayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər