
"Donald Trampla Volodimir Zelenskinin mübahisəsi ilə nəticələnən Ukrayna ilə bağlı Avropa və ABŞ arasındakı fikir ayrılığı Qərbin birliyinə son qoyub".
Oxu.Az-ın xəbərinə görə, "The Washington Post" qəzetində dərc olunan məqalədə belə bir fikir ifadə olunub.
Nəşrin qiymətləndirməsinə görə, Ağ Evdəki mübahisə Kiyev üçün fiaskoya çevrilib və Ukrayna münaqişəsi tarixində dönüş nöqtəsi ola bilər.
Qəzet qeyd edib ki, Tramp və onun vitse-prezidenti Cey Di Vens bəlkə də Avropanı şoka salmaqdan xoşbəxtdirlər, lakin onların okeanın o tayındakı həmkarları artıq vahid Qərbin süqutu ilə barışıblar.
"ABŞ və Avropa arasında ittifaqın dağılması, Trampın ABŞ-nin maraqlarına daha dar baxışa təkan verməsi dünyanın yeni dövrə qədəm qoyduğunu göstərir", - deyə nəşr iddia edib.
Paylaş: