
"Yaponiya ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasındakı mübahisədə hansısa tərəfi tutmağı planlaşdırmayıb".
Oxu.Az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu sözləri Yaponiyanın Baş naziri Siqeru İsiba deyib.
"Bizim tərəflərdən hansısa birini dəstəkləmək niyyətimiz yoxdur, lakin G7-nin birliyi son dərəcə əhəmiyyətlidir və ABŞ müzakirələrdən çıxarsa, həqiqətən də məsələnin həllinə nail olmaq mümkün olacaqmı?", - deyə yaponiyalı siyasətçi soruşub.
İsibanın sözlərinə görə, Yaponiya hökuməti G7-nin birliyini gücləndirməlidir.
Xatırladaq ki, bundan əvvəl Tramp Rusiyanın iştirakı ilə G8-in bərpasının tərəfdarı olduğunu bildirib. Eyni zamanda, Almaniya G7 ölkələrinin Rusiya ilə beynəlxalq klub çərçivəsində əməkdaşlıq etməyəcəyini bəyan edib.
Paylaş: