"İrəvan yaxınlığında yerləşən Metsamor nüvə stansiyası çox baxımsız və acınacaqlı vəziyyətdə fəaliyyət göstərir və Dağlıq Qarabağ münaqişənin yenidən qızışması regionda faciə ilə nəticələnə, təbiətə olmazın ziyanlar vura bilər".
"Report"un Fransa bürosunun verdiyi məlumata görə, bunu "bloqs.alternatives-economiques.fr" internet blokuna verdiyi "Dağlıq Qarabağ münaqişəsi hədələyir" başlıqlı müsahibəsində Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun (IPSE) geosiyasətçisi və tədqiqatçı alimi İlan Syalom deyib.
O, müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən danışıb. Tədqiqatçı beynəlxalq ictimaiyyətin bütün diqqətlərin Suriya və Simali Koreyaya yönəldiyi halda, Dağlıq Qarabğ münaqişəsini lazımınca qiymətləndirmədiyini qeyd edib.
"İyirmi beş ildir ki, Azərbaycan ərazilərinin 25 faizi Ermənistan tərəfindən işğal olunub və nəticədə yüz minlərlə insan həyatını itirib, minlərlə insan qaçqın düşüb. 2016-cı ilin aprel ayında 4 gün davam edən döyüşlər 200-ə yaxın insanın ölümü ilə nəticələnib. 4 İyul tarixində isə Ermənistan silahlı bölmələrinin atdığı top atəşi nəticəsində iki nəfər mülki şəxs - nənə və onun 2 yaşlı nəvəsi dünyasını dəyişib. Top atəşi Azərbaycan ərazisinin tərkibində, sərhəddən 5 km. aralıda yerləşən Alxanlı kəndinə qəsdən tuşlanıb. Bu faciəvi hadisəyə reaksiya verənlərin sayı hədsiz çox oldu. Ünvanladığı açıq məktubunda Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetski və Azərbaycan üzrə Avropa Parlamentinin məruzəçisi Norika Nikolay Ermənistanın təcavüzünü pisləyərək bildiriblər ki, mülkü şəxslərin, qadınların və uşaqların qəsdən qətlə yetirilməsi yolverilməzdir və buna dərhəl son qoyulmalıdır", - deyə alim qeyd edib.
İ.Syalom jurnalistin "Bu münaqişə yenidən vüsət alarsa, ən pis halda nə baş verə bilər?" sualına belə cavab verib:
"İrəvan yaxınlığında yerləşən Metsamor nüvə stansiyası çox baxımsız və acınacaqlı bir vəziyyətdə fəaliyyət göstərir və bu münaqişənin yenidən qızışması regionda faciə ilə nəticələnə, təbiətə olmazın ziyanlar vura bilər".
Münaqişənin diplomatik müzakirələr yolu ilə həllindən danışan İlan Syalom bildirib ki, əslində Dağlıq Qarabağ münaqişəsi dövlətlər üçün prioriotet məsələ olana mənzəmir. Belə ki, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxmasını tələb BMT tərəfindən 4 qətnamənin qəbul olunmasına baxmayaraq, işğal davam etməkdədir.
Dağlıq Qabağ münaqişəsinin həllinin vacib bir məsələ olduğunu deyən alim ABŞ və Avropa İttifaqının Bakıya siyasi, diplomatik və hərbi dəstək göstərməsinin əhəmiyyətinə toxunub və bildirib ki, Qafqazda yerləşən bu kiçik ölkə Vaşinqton və Brüsselin reginda ən stabil və etibarlı tərəfdaşıdır.
Paylaş: