
ABŞ Prezidenti Donald Trampa sui-qəsdi mütəşəkkil cinayətkar qrupun təşkil etdiyi ehtimalı var.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" şəxsi detektiv Daq Haqmana istinadən məlumat verib.
Onun sözlərinə görə, sui-qəsdi şübhəli Tomas Metyu Kruks tək hazırlamayıb, çünki bunun üçün əsaslı koordinasiya lazım idi.
Haqman hesab edir ki, cinayətkar qrup hələ də mövcuddur, onun məqsədi isə dəyişməz olaraq qalır - ABŞ prezidentini məhv etmək.
Qeyd olunur ki, Haqman iyulun 13-də Trampa sui-qəsddən bir müddət sonra bu işi araşdırmaq üçün işə götürülüb.
ABŞ liderinə ilk sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniyada respublikaçıların mitinqində olub. İkinci cəhd isə sentyabrın 15-də baş tutub - Rayan Uesli Rut adlı şəxs Tramp qolf oynayarkən atəş açıb.
Paylaş: