Xəbər lenti

İsrail ordusu atəşkəs uzadılmadığı təqdirdə Qəzzada döyüşləri bərpa etmək planı üçün bir neçə variant hazırlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” yəhudi dövlətinin rəsmilərinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, yeni planda daha intensiv hərbi əməliyyatların aparılmasına və anklava gələn humanitar yardımın HƏMAS-ın əlinə keçməməsinə xüsusi önəm verilir:

“Planın bir hissəsi olaraq İsrailin müdafiə naziri İsrail Kats əsgərlərə Qəzzaya daxil olan humanitar yardımın potensial olaraq nəzarətə götürülməsi və paylanması imkanlarını araşdırmağı əmr edib”.

Qeyd olunur ki, Katsın sələfi Yoav Qalant əməliyyat və hüquqi səbəblərə görə yardım axınına nəzarət etmək fikrinə qarşı çıxıb.




Ana səhifəyə qayıt        Baxış: 2 368          Tarix: Bu gün, 18:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma