Xəbər lenti

"Türkiyə ilə yanaşı Azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı dərindən kədərləndirən bu faciəli hadisəni hərtərəfli araşdırırıq".

Oxu.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə ilə birgə Azərbaycan və Gürcüstanın da bütün imkanları səfərbər edilib.

Türkiyə lideri hadisə ilə bağlı Azərbaycan Prezidenti və Gürcüstan baş naziri ilə telefon danışığı apardığını vurğulayıb.

"On doqquz şəhidimizin nəşi tapılıb, birinin axtarışları davam edir. Gürcüstan rəsmiləri ən yüksək səviyyədə yardım və əməkdaşlıq edirlər. Eynilə azərbaycanlı qardaşlarımız da lazım olan hər cür dəstəyi verirlər".

Türkiyə lideri əhalini yalan məlumatlara inanmamağa da çağırıb:

"Millətimizi yalana, manipulyasiyaya və dezinformasiyaya qarşı ayıq-sayıq olmağa çağırıram".




Ana səhifəyə qayıt        Baxış: 3 392          Tarix: Bu gün, 17:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma