"Türkiyə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik edən ölkə kimi Myanmada baş verənləri diqqətlə izləyir. Miyanmada insanlıq dramı yaşanır, bütün dünya baş verənlərə həssas yanaşmalıdır. Amma təssüf ki, biz bunu görmürük".
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı günü bu məsələni diqqətdə saxlayıb və dünya ölkələrinin liderləri ilə müzakirələr aparıb:
“Azərbaycana Myanmadakı hadisələrlə bağlı reaksiyasına görə çox təşəkkür edirik. Azərbaycandan sonra Banqladeşə gedəcəyəm. Biz beynəlxalq səviyyədə nə edə biləcəyimiz barədə azərbaycanlı həmkarımla müzakirə apardıq. Arakan məsələsini ədalətli şəkildə həll etməliyik”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə Myanmada vəziyyətin ağır olaraq qaldığını deyib. Onun sözlərinə görə, illərdir ki, insanlar əziyyət çəkir:
“Bu məsələ daima gündəlikdə saxlanmalıdır ki, öz həllini tapsın”.
Paylaş: