Çuğundur yarpağının insanın orqanizminə möcüzəvi bir şəkildə faydası var. Xüsusilə qırmızı çuğundur yarpağında və digər çuğundur yarpaqlarında olan suyun qan yeniləmə xüsusiyyəti var. Yerkökü suyu ilə çuğundur suyu qarışdırıldıqda qırmızı qan hüceyrələrini daha sürətlə çoxaldır.
Ovqat.com deyerler.org-a istinadən bildirir ki, mədə və bağırsaq narahatlıqlarını müalicə edici xüsusiyyəti var. Qaraciyər xəstəliklərinin qarşısını alır və müalicəsində köməkçi olur. İçərisində olan B vitamini və fosfor sayəsində stressə qarşı yaxşı təsir edir və sakitləşdirici təsiri var. Dəridə olan sızanaqları yox edir. Bişirdikdən sonra əzilmiş halda bədəndəki yaralara və şişkinliklərə tətbiq etdikdə müalicə edir. Həzmi asanlaşdırır. İmmuniteti gücləndirir. Avropada aparılan araşdırmalara görə, çuğundur yarpağı və qırmızı çuğundur yarpağı leykemiya və vərəm xəstəliklərindən qoruması və müalicədə köməkçi olduğu sübut olunmuşdur.
Paylaş: