Tanınmış rus diyetoloq Lidiya İonovanın sözlərinə görə, əslində sağlam, ən əsası hormonal və maddələr mübadiləsi problemləri olmayan insana artıq çəkidən xilas olunmaq kifayət qədər asandır.
Bunun üçün ilk növbədə qeyd etdiyimiz problemlərin olmadığına əmin olmaq, daha sonra isə çox sadə tövsiyələrə əməl etmək lazımdır. sizə Diyetoloqun bu tövsiyələrini təqdim edirik:
1. Yeməyi asta-asta və yaxşı çeynəyin.
2. Yalnız həqiqətən yemək istəyəndə yeyin. Əgər buna əmin deyilsinizsə, kiçik qurtumlarla 1 stəkan su için.
3. Ac qalmayın, gün ərzində ən azı 4-5 dəfə az miqdarda qida qəbul edin.
4. "Atıştırmalıq" məhsullardan (çipsi, peçenye, vafli, konfet və s.) imtina edin.
5. Səhər yeməyi mütləqdir.
6. Gün ərzində 1,5-2 l adi təmiz su için.
7. Son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır.\\saglamolun.az
Paylaş: