Ovqat.com axşam.az-a istinadən qozun bilmədiyiniz faydalarını təqdim edir:
1. Bir ovuc qoz yemək infarkt riskini azaldır.
2. Qoz yeyən insanların 4 saat sonra qan damarlarının elastikliyi və xolestrol səviyyələrində qan dövranına yardımçı olacaq dəyişiklik müşahidə olunur.
3. Qoz və qoz yağı eyni zamanda ürək-damar xəstəliklərindən qoruyur.
4. Qoz həm də diş ağrısında, revmatizmdə və ginekoloji, böyrək, ürək, sidik kisəsi xəstəliklərində, stomatitdə, anginada, aterosklerozda, avitaminozda, şəkərli diabetdə, babasil və damaq qanaxmalarında istifadə edilir.
5. İnsan orqanizminin gündəlik piyə olan ehtiyacını 20-25 ədəd qoz yeməklə təmin etmək olur.
6. Qozun tərkibində ellagen turşusu vardır ki, bunun sayəsində də orqanizm xərçəng hüceyrələri ilə mübarizə apara bilər.
7. Raxitdə və vitamin çatızmazlığında qoz saplaqlarından və yarpaqlarından istifadə edilir.
Paylaş: