Xəbər lenti
Dünən, 19:25

 

Seçenov adına universitetin direktoru, professor, akademik Yuriy Belenkov dünya ürək günü ilə bağlı tədbirdə hazırda Rusiyada, eləcə də digər dövlətlərdə ürək çatışmazlığından əziyyət çəkən xəstələrdə hipertoniyanın düzgün müalicə olunmadığını bildirib.
"Dərmanların təsiri hər xəstədə eyni cür olmur. Həkim dərmanı yazır, xəstə deyir ki, təzyiqim düşdü. Amma hansı həddə kimi düşüb, o həddə hər gün qala bilirmi? Bunu nə həkim bilir, nə xəstə qeydə alır.
Beləliklə, o xəstələrdə ürək daim lazım olduğundan çox yüklənir və fövqəladə rejimdə işləyir. Bir gün isə ürək bu işin öhdəsindən gəlmir. Xəstə də, həkim də deyir: axı təzyiq dərmanını qəbul edirdi. Ona görə də 85% hipertoniya və ürək xəstələrinin müalicəsində hədəf nöqtəyə çatmırlar”



Ana səhifəyə qayıt        Baxış: 509          Tarix: 1-10-2019, 16:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma