Xəbər lenti

 

Zeytun və zeytun yağının faydalı məhsul olduğuna heç kimin şübhəsi yoxdur. Bunu müxtəlif ölkələrdə aparılan çoxsaylı elmi araşdırmalar dəfələrlə sübut edib.

Bu yaxınlarda Edinburq Universiteti alimləri müqəddəs Quranda adı çəkilən bu möcüzəli bitkinin növbəti faydasını aşkar ediblər. Məlum olub ki, zeytun yağının tərkibində olan olein turşusu beyin xərçənginin inkişafının qarşısını alır.

UPI.com saytının məlumatına görə, araşdırmalar göstərib ki, olein turşusu orqanizmdə xərçənglə bağlı olan genlərin aktivliyini azaldır.

Alimlərin fikrinə görə, bu kəşf beyin xərçənginin yeni profilaktik tədbirlərinin hazırlanmasında kömək edəcək. /Saglamolun.Az/






Ana səhifəyə qayıt        Baxış: 1 354          Tarix: 6-06-2017, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma