Yaralı kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyidir.Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir,bağırsağın selikli qişası zədələnir, şişkinləşir,damar şəbəkəsi pozulur,nəticədə hətta qansızmalar yarana bilir.
Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq,sıxlıqla 16-40 yaş arasında görülür.
Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir! Güman olunur ki irsi amil,immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar),bəzi zərərli qidalar,bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır.
Xəstəliyin əlamətləri nədir ?
-Qanlı ishal ,selikli-çirkli-qanlı nəcis ifrazı ,defekasiyanın ağrılı olması,qarında sancılar (əsasən sol tərəfdə),çəki azlığı,tempratur və s..
Xəstəliyin kəskinləşmə və sakitlik dövrləri var.Kəskinləşmə dövründə insanda halsızlıq,oynaq ağrıları ,ağızda yaralar meydana gələ bilər !!
Yaralı kolitdə həzm kanalının hansı bölgəsi daha çox prosesə cəlb olunur?
Şəkildən göründüyü kimi yaralı kolitdə iltihabi proses və yaralar bağırsağın aşağı hissəsindən,düz bağırsaqdan başlayır və yuxarıya doğru yayılır.
Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır !!
Müalicəsi : Yaralı kolit xəstəliyinin müalicəsi uzun müddətli aparılmalıdır! Müalicədə məqsədimiz xəstəliyi kəskinləşmə dövründən sakitlik dövrünə keçirmək və bu dövrün müddətini uzatmaqdır !!
Müalicə zamanı xəstənin təyin olunmuş vaxtlarda kolonoskopiya müayinəsindən keçməsi mütləqdir !
Belə xəstələr daimi həkim-Qastroenteroloqun nəzarətində olmalıdır!
Tərlan Qasımov
Qastroenteroloq-İnvaziv Endoskopist /Saglamolun.Az/
Paylaş: