Xəbər lenti

 ABŞ alimləri gün ərzində 2 çay qaşığı duz istehlakının ürəyin sağlamlığına ciddi ziyan vurduğunu sübut ediblər.

Axar.az xəbər verir ki, insanların böyük əksəriyyətinin gün ərzində bundan daha çox duz istehlak edir.

Duz orqanizmdə artıq mayeni saxlayır. Bu hal arterial təzyiqin yüksəlməsinə səbəb olur ki, nəticədə ürəyə düşən gərginlik artır və bu gərginliklərin təsirindən ürək böyüməyə başlayır. Ürəyin böyüməsi isə ürəkdə durğunluq proseslərinə və ürək çatışmazlığına səbəb olur.

Ürəyin böyüməsi tez yorulma, təngnəfəslik (hətta sakit vəziyyətdə), ürək nahiyəsində ağrılar, ayaq ödemləri kimi simptomlarla özünü büruzə verir.

Alimlər duzun istehlakını azaltmağı və duzla zəngin olan hazır qidalardan imtina etməyi tövsiyə edirlər.




Ana səhifəyə qayıt        Baxış: 919          Tarix: 5-08-2017, 07:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma