Yeməkdən əvvəl yemiş yeyilərsə yemək rahat həzm olunar.
Yemişdəki bol lif miqdarı, mədə bağırsaq üçün çox faydalıdır.
Ovqat.com Fizulihuseynov.com-a istinadən bildirir ki, yemiş bağırsaqları çalışdırar, bağırsaq şlaklarını təmizləyər, bununla da babsili olanlara faydalı olar, gözəl ətri ürəyi rahiyyələndirər, əhvalı yaxşılaşdırar.
Yemişə sarılıq verən onun tərkibində olan beta karotindir, bu da bədənimizdə A vitamininə çevrilir. A vitamini göz qidalanması pozğunluqlarında müxtəlif tipli retinopatiyalarda çox faydalıdır, beta karotin dəri, gözlər, beyin damarları üçün olduqca faydalıdır, yemişi bol yeyən insanlarda dəri qırışıqları az olar, dəri parlaq olar.
Yemiş qaraciyərin dostudur, qaraciyər çatışmazlığından əziyyət çəkənlər üçün çox faydalıdır, piylənmədən əziyyət çəkənlər üçün yemekdən əvvəl yemiş yeyilməsi faydalıdır, yüksəlmiş ziyanlı xolestrini aşağı salmaq üçün əla bir qida vasitəsidir.
B1 və B6 vitaminlərlə zəngin olan yemiş əsəbləri gərgin olanlar üçün olduqca faydalıdır. Yemiş depressiya halında və yuxusuzluqdan əziyyət çəkənlər üçün faydalıdır.
Tərkibində K və E vitaminləri cinsi istəyi artırır, yeni qanın əmələ gəlməni sürətləndirir ki, bu səbəbdən yemiş qanazlığından əziyyət çəkənlər üçün çox faydalıdır.
Yemişdəki zəngin C vitamini orqanizm üçün qalxan rolunu oynayaraq bədənimizi müxtəlif viruslardan və bakteriyalardan qoruyur.
Yemiş ürəyin oksigenə olan tələbatını azaldır, ürəyin zərbə qüvvəsini artırır bununla da ürək mənşəli ödemlərdə qan dövranı pozulmalarında faydalıdır.
Yemişin tərkibindəki fol turşusu infarkt olmasının qarşısını alır, təzyiqi olanlar üçün faydalıdır.
Yemiş beyinə gedən qanın miqdarını artırır, beyinin qidalanmasını yaxşılaşdırır, qanı duruldur və orqanların qidalanmasını yaxşılaşdırır.
Yemiş öskürəkdən əziyyət çəkənlər üçün də faydalıdır.
Yemiş qadınlarda adət düzənsizliyini normallaşdırmağa kömək edir.
Yemiş bol yeyənlərdə dəri xəstəlikləri, dəmrov, ekzema xəstəliyi olmaz.
Yemiş nəinki saç tökülməsinin qarşısını alır, hətta saçların gür və qalın çıxmasına yardım edir.
Paylaş: