Soğan ən faydalı tərəvəzlərdən biridir.
Soğanın güclü antiseptik, iltihab, mikrob və virus əleyhinə, ürək xəstəliklərindən və xərçəngdən qoruyan xüsussiyyətləri elmdə çoxdan təsdiq olunub.
Lakin tək soğanı deyil, onun qabıqlarını da əsl dərman hesab etmək olar. Bəzi mütəxəssislər soğan qabıqlarını hətta soğanın özündən də faydalı hesab edir. Bu səbəbdən soğanı soyandan sonra qabıqlarını atmağa tələsməyin. Onları yuyun, qurudun və təbii müalicəvi və profilaktik vasitə kimi istifadə edin.
1. Soğan qabığı dəmləməsi saçların sağlamlığı və gözəlliyi üçün çox faydalıdır - saçları möhkəmləndirir, onları daha canlı və parlaq edir, kəpəyi müalicə edir.
2. Bronxit zamanı soğan qabığı dəmləməsi (1 x.q. qabıq + 1 stəkan isti su) yaxşı antiseptik və bəlğəmgətirici təsir edir.
3. Stomatitdən əziyyət çəkirsnizsə, soğan qabığını dəmləyin və ağız boşluğunu qarqara edin.
4. Soğan qabıqlarından çay immun sisteminə müsbət təsir edir, orqanizmdə iltihabları azaldır, arterial təzyiqi normallaşdırır.
5. Angina və zökəm zamanı soğan qabığı ilə inhalyasiyalar edin.
6. Sistit (sidik kisəsi iltihabı) zamanı soğan qabıqlarını dəmləyin və için. Bu sadə vasitə sidik kisəsini və sidik yollarını təmizləyir, iltihabı azaldır.
7. Soğan qabığı ilə ayaq vannaları varikoz xəstəliyinin əvvəlində müalicəvi vasitə kimi istifadə etmək olar. Belə vannalar damarların divarlarını möhkəmləndirir.\Saglamolun.Az\
Paylaş: