Keçən əsrin 80-ci illərində Amerika psixoloqu Ceyms Pennebeyker sübut edib ki, gündəliyin aparılması stressi azaldır və immun sistemini möhkəmləndirir.
Son araşdırma zamanı Miçiqan Universitetinin (ABŞ) alimləri sübut edib ki, kağızda həyacana səbəb olanları qeyd etməklə stressi həqiqətən xeyli azaltmaq mümkündür.
The Pulse Headlines xəbər verir ki, alimlər hər gün 5 dəqiqə ərzində stress, əsəbilik və həyacana səbəb olanları qeyd etməyi tövsiyə edirlər.
Müasir insanların əksəriyyəti stress və həyacanla dolu həyat sürür. Stress isə immun sistemini zəiflədir, ürək-damar sistemi xəstəliklərinin riskini artırır, beyinin fəaliyyətini pozur və s. Belə vəziyyətdə stressi azaldan üsulları bilmək və onlardan istifadə etmək çox vacibdir.\Saglamolun.Az\
Paylaş: