Xəbər lenti

 

*** 00:45

Bakının Yasamal rayonunda avtomobil yanıb.

"Report" xəbər verir ki, hadisə Abdulvahab Salamzadə küçəsi 2-də qeydə alınıb.

Belə ki, 10-OR-191 dövlət nömrə nişanlı, "BMW" markalı minik avtomobili alışıb. Nəticədə avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları və salonu yanaraq yararsız vəziyyətə düşüb. Nəqliyyat vasitəsinin digər hissəsi FHN-nin Nəsimi rayon Yanğından Mühafizə Bölməsinin yanğınsöndürənləri tərəfindən söndürülüb. Ərazidəki tikililər və digər avtomobillər yanğından mühafizə olunub. 

Hadisə yerinə evakuator cəlb edilib və nəqliyyat vasitəsi ərazidən aparılıb.




Ana səhifəyə qayıt        Baxış: 369          Tarix: 27-09-2019, 11:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma