Xəbər lenti

Amerika PKK-ya qarşı mübarizədə Türkiyəyə ciddi dəstək verəcək. Bu dəstək özünü daha çox kəşfiyyat məlumatlarının Ankaraya ötürülməsində göstərəcək.

Ovqat.com Teleqraf.com istinadən xəbər verir ki, belə bir iddianı Türkiyə mediası gündəmə gətirib.

Bu gün isə ABŞ-da nəşr edilən “Uoll Strit Jurnal” qəzeti yazıb ki, Vaşinqton Ankaranın PKK ilə mübarizəsində terror hədəflərini daha uğurlu şəkildə zərərsizləşdirmək üçün kəşfiyyat əlaqələrini gücləndirəcək. İddia olunur ki, YPG-yə silah vermək qərarı ilə kəşfiyyat mübadiləsi qərarının zaman baxımından eyni dövrə düşməsi təsadüfdür.

ABŞ rəsmiləri hesab edirlər ki, bu qərar Türkiyənin narahatlığının aradan qaldırılması, ABŞ-ın Türkiyə istiqamətində terror təhdidini ciddi qəbul etdiyini göstərmək məqsədilə qəbul edilib.

İddialara inansaq, ABŞ və Türkiyə kəşfiyyatının Ankarada yerləşən birgə ofisinin işçilərinin sayı çoxaldılacaq, bundan başqa ABŞ-ın pilotsuz kəşfiyyat təyyarələri və digər vasitələri kəşfiyyat məlumatlarının Ankaraya ötürülməsinə çalışacaq.

  




Ana səhifəyə qayıt        Baxış: 984          Tarix: 12-05-2017, 14:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma