Xəbər lenti

Düzdür, Rusiya Prezidenti Vladimir Putinlə kiber təhlükəsizlik sahəsində yeni qurum yaratmaq barədə söhbətlər apardıq.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
“Ancaq bu o demək deyil ki, mən bunun reallaşmasını düşünürəm. Suriyanın cənub-qərbində atəşkəslə bağlı razılaşma isə reallaşa bilərdi və reallaşdı!” - Tramp bildirib.
Qeyd edək ki, Tramp Putinlə kiber təhlükəsizlik sahəsində yeni qurum yaratmaqla bağlı Tvitterdə açıqlama yaymışdı. Lakin izləyiciləri onun bu fikrinə qarşı çıxaraq, qərara etiraz etmişdi. Trampın məhz bu etirazlara görə geri addım atdığı deyilir.

 




Ana səhifəyə qayıt        Baxış: 861          Tarix: 10-07-2017, 15:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma