Xəbər lenti

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüş zamanı əsasən Suriya və Ukraynadakı vəziyyətin müzakirəsinə diqqət ayırmağı planlaşdırır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ağ Ev administrasiyasının anonim mənbələrinə istinadən CNN telekanalı məlumat yayıb.

Telekanalın mənbələri bildirib ki, Tramp Putinlə Suriya prezidenti Bəşər Əsədə Moskvanın dəstəyini, həmçinin Rusiyanın Ukraynadakı hərəkətlərini müzakirə etmək istəyir. Ancaq görüşün əsas məsələsi Suriya mövzusu olmalıdır.

Telekanalın məlumatına görə, Rusiyanın ABŞ-dakı seçkilərə “müdaxiləsi” çətin ki, liderlərin görüşündə qaldırılacaq.

Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmaster dövlət başçılarının 7-8 iyul tarixlərində Almaniyanın Hamburq şəhərində keçiriləcək G20 (“Böyük iyirmilik”) sammitinin gedişatında, Putinlə görüşəcəyini açıqlayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, görüşə hazırlıq başlanıb. Hazırda diplomatik kanallar üzrə onun formatı və vaxtı uyğunlaşdırılır.

Daha əvvəl isə Böyük Britaniyanın “The Guardian” nəşri vəziyyətlə tanış olan Ağ Evin keçmiş məmurlarına istinadən yazıb ki, Tramp məsləhətçilərdən Rusiyaya mümkün güzəştlərin siyahısını hazırlamağı xahiş edib. Güzəştlər siyahısından Putinlə görüşdə istifadə edilməsi nəzərdə tutulur.

 




Ana səhifəyə qayıt        Baxış: 1 035          Tarix: 3-07-2017, 14:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma