Xəbər lenti

ABŞ prezidenti Donald Tramp iyul ayında Avropaya planlaşdırılan səfər zamanı rusiyalı həmkarı Vladimir Putin ilə görüşməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə məlumatı cümə günü ABŞ hakimiyyətində adı açıqlanmayan mənbəyə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilir ki, Tramp Putinlə bir neçə həftədən sonra Avropaya səfəri zamanı görüşməyi planlaşdırır. Amerika liderinin Polşada "Üç dəniz təşəbbüsü" sammiti, həmçinin Almaniyada G20 sammitində iştirakı nəzərdə tutulub.

 




Ana səhifəyə qayıt        Baxış: 645          Tarix: 10-06-2017, 11:41      


Paylaş: