Xəbər lenti

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşdirilən erməni hərbiçilər yaralanıb.

Publika.az
 Ermənistan mənbələrinə istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Dağlıq Qarabağda erməni hərbi birləşmələrinə məxsus yük maşını qəzaya uğrayıb. Hadisə nəticəsində işğal altındakı Cəbrayıl rayonu yaxınlığındakı hərbi poliqondan qayıdan 15 erməni əsgər yaralanıb.

Erməni hərbi birləşmələrinin Qarabağdakı bölmələrinin birində tağım komandiri olan Vladimir Qriqoryan sosial şəbəkələrdə yazıb ki, yaralanan əsgərlərdən üçünün vəziyyəti ağırdır.




Ana səhifəyə qayıt        Baxış: 1 071          Tarix: 12-07-2017, 16:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma