Dağlıq Qarabağda işğalçı erməni ordusu hissəsinin komandir və müavinləri tutduqları vəzifədən azad ediliblər.
“RAKİB” Analitik İnformasiya Mərkəzindən Ovqat.com-a verilən məlumata görə, erməni komandirlərinin istefaya göndərilməsi ordu hissələrində nizam-intizamın olmamasıyla əlaqədardır:
“Bunu jurnalistlərlə söhbətində Ermənistan Baş qərargahının rəisi general-leytenant Movses Akobyan da etiraf edib. Akobyan açıqlamasında hərbi hissə rəhbərlərinin nizam-intizam qaydalarını pozduqlarına görə cəzalandırıldıqlarını bildirib.
Baxmayaraq ki, erməni mətbuatında bu istefaların əsas səbəbi adi yol qəzasıyla əsaslandırılır. Məlumatlara görə, mayın 8-də Dağlıq Qarabağın şimal hissəsindəki bir hərbi hissəyə bitişik su anbarı yaxınlığında yol qəzası baş vermiş, nəticədə işğalçı ordunun 3 əsgəri həlak olmuşdu. Sonradan həmin əsgərlərin meyidləri su anbarının 9 metr dərinliyinə batan hərbi hissəyə aid maşından çıxarılmışdı”.
“RAKİB” isə istefaların əsl səbəbini işğalçı orduda baş alıb gedən hərc-mərcliyin cəzalandırılması cəhdi kimi qiymətləndirir.
Paylaş: