Xəbər lenti

Almaniya Sığortaçılar İttifaqı G 20 sammiti zamanı Hamburqda baş vermiş iğtişaş və etiraz aksiyaları zamanı vurulan ziyanın məbləğini açıqlayıb.

Trend-in məlumatına görə, İttifaqın açıqladığı hesabatda sammit ərəfəsi və həmin gün Almaniyaya 12 milyon avro dəyərində ziyan dəydiyi qeyd olunub.

Məlumatda bunun dəyən ziyanın ilkin qiymətləndirməsi olduğu da vurğulanıb. Hesabatda bildirilir ki, ziyan əsasən avtomobillərə, yaşayış və inzibati binalara vurulub.

Qeyd edək ki, iyulun 7-8-də Hamburqda keçirilən G 20 sammiti əhali tərəfindən kəskin etirazlarla qarşılanmışdı.

 




Ana səhifəyə qayıt        Baxış: 780          Tarix: 18-07-2017, 17:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma