
BİRİNCİ YARPAQ
1918-ci ilin iyul ayının 3-dən 4-nə keçən gecə ilan vuran yatsa da Kərbəlayı Muxtarın, Hacı Mehdinin və Nehrəmin digər ağsaqqallarının gözünə yuxu getmədi. Baxışları ilə bir-birlərinə ümid versələr də gözlərinin dərinliklərində nigarançılıq kölgələri də vardı. Amma bir məsələdə qəti qərara gəlmişdilər, nə qədər ki, canlarında can var idi Nehrəmin müqəddəs torpağına erməni ayağı dəyməyəcəkdir. Nəinki hər məhəllə, hər ev, hətta, hər qarış torpaq uğrunda vuruşacaqdılar. Yaşadıqları evləri belə alınmaz qala halına gətirmişdilər. Andranikin və ona qoşulan daşnakların, culaların, qaxtağanların hikkəsi nehrəmlilərin sarsılmaz iradəsinə dəyib çilik-çilik olmalıydı. Yaycıda qan içməkdən qudurmuş itə dönən ermənilərin qulağını kəsib köpünü almaq lazım idi. Bu gün türkün mənliyi at kimi şahə qalxmalıydı. Bu gün iman küfrün dərisinə saman təpməliydi. Bu gün zalımın anası qan ağlamalıydı. Əks təqdirdə yaşamağa səbəb olan hər şey öz mənasını itirəcəkdir.
Qadınların və uşaqların bir hissəsi Arazın o tayına köçürülmüşdü, bir hissəsi isə kəndin mərkəzindəki bir neçə evə yerləşdirilmişdi. Evlərin qapısına neftlə dolu qablar qoyulmuşdur. Bəd ayaqda əsir düşməmək üçün neft töküb arvad-uşağı yandıracaqdılar. Bəli, Nehrəm çox ağır bir sınaqdan keçirdi. Çünki düşmənin havadarı çox, amma zərrə qədər də olsa ləyaqəti yox idi. Ana bətnindəki körpələrə əl qaldıran bir millətin ləyaqəti olmaz!
Dan yeri günəşin şəfəqlərindən, Kərbəlayı Muxtarın, Hacı Mehdinin və digər ağsaqqalların gözü qəzəbdən qızarırdı.1918-ci ilin iyul ayının 4-dü səhəri beləaçılırdı.
x x x
Səhərin gözü açılmamış, Naxçıvan torpağına ayaq basan bir gündən qulağı qurdlu itlər kimi Culfanın kəndlərini sülənən Andranikin qoşunu daşnak yuvası olan Güznüt kəndindən Nehrəmə tərəf hərəkət etməyə başladı. Qocaların gözlərini oyan, qarıların belinə qaynar somavar bağlayan, ana bətnindəki körpələri süngülərlə tikə-parça etməkdən həzz alan, səbəbsiz-filansız türk qanına yerikləyən erməni əsgərləri hərbi paraddan keçirmiş kimi əllərində silah, saxta bir əda ilə yeriyirdilər. Kənardan baxan olsa elə bilərdi ki, bu harın və yekəxana gədələr bu yerişlə gedib Nehrəmi palçıq kimi ayaqlayıb keçib gedəcəklər.
x x x
Andranik qoşunu ilə birlikdə xam xəyallar qura-qura Nehrəmə tərəf getməkdə olsun, mən tələm-tələsik olsa da, sizə bir az Təzəkənd ermənilərindən danışım. Bəzən deyirlər ki, Təzəkənd erməniləri Andranikin hücumu haqqında Nehrəmlilərə xəbər veriblər. Bu əsla belə olmayıb, Andranikin Nehrəmə hücumunun vaxtını nehrəmlilər özləri dəqiq bilirdilər. Çünki ermənilər qudurmyş itə dönən bir gündən yəni, 1917-ci ilin dekabr ayının 21-dən nehrəmlilər bu hadisələrin tam mərkəzində olublar. Təzəkənd erməniləri bu məsələdə nehrəmlilərlə əlbir, dilbir olmayıb. Nehrəmlilərə xəbər başqa mənbədən gəlirdi. Necə deyərlər Andranikin nehrəmlilərdən xəbəri olmasa da, nehrəmlilərin Andranikdən xəbəri var idi. Andranikin gecələr gördüyü yuxuları Andranik yuxudan oyanana qədər nehrəmlilər artıq yozub qurtarırdılar. Sözlərimin fantaziya olduğunu düşünə bilərsiniz, amma inansanız da, inanmasanız da bunlar həqiqətdir. Dediklərimin təstiqi olsun deyə sizə bir faktı açıqlayım. 1918-ci ilin iyun ayının14-də Andranikin uğursuz qədəmi Culfa torpağına dəyən kimi nehrəmlilər Naxçıvana -Milli komitəyə ətraflı məlumat göndərir:
”Xidməti-alilərinzə məlum erdirəm ki, Andranikin dəstəsi İrandan övdət etdikdə Araz körpüsünü atıb Yaycı kəndinə keçmiş. Həmin kəndin əhalisini qətlü-qarətə dükar qıldıqda, kəndi tari-mar etdi. Cəmaləddin (Camaldın) və Ərəzin kövşəni də erməni qüvvəsi ilə dolubdur. Lazımi binagüzarlıq etməkdən ötrü xəbər verirəm. Müxlisiniz Tağı Nağdəliyev”.
Baş verən hadisələrin fonunda adama elə gəlir ki, Tağı Nağdalıyev sanki bir kəşfiyyat sisteminin rəhbəridir. Onlar baş verən hadisələri və Andraniki izləyibMilli komitəni məlumatlandırırlar. İyul ayının 14-də T. Nağdalıyevin həmin gün göndərdiyi ikinci məktubda bunu açıq-aşikar görmək olur. Nağdalıyev ikinci məktubunda yazır: “Xidməti-alilərinizə məlum edirəm ki, Yayçıdan Nehramçılar qaçıb gəliblər və şəhadət ediblər ki, Osmanlı qoşununun qabağını almaq münasibətiylə İranda ermənilər Araz körpüsünü atdılar. Sonra Yayçı kəndinə hücum edib yarım saatın ərzində həmin kəndi tar-mar etdilər. Lazımi binagüzarlıqdan ötrü xəbər verirəm Tağı Nağdəliyev”.
Sözsüz ki, Tağı Nağdalıyevin Milli komitəyə göndərdiyi məlumatların bir sürəti də Kərbəlayı Muxtara çatırdı. Bu səbəbdən də nehrəmlilərin Təzəkənd ermənilərinə heç bir ehtiyacı yox idi.
x x x
Erməni qoşunu eyni əzmkarlıqla irəliləyirdi. Bəzən kolların dibindən bir bildirkin “pırr” eləyib üçürdu, bəzən də bir dovşan dovşan ürəkli erməni əsgərlərini qorxudaraq tullana-tullana qaçıb gözdən itirdi. Ordubad və Culfanın kəndlərində saysız-hesabsız qətillər törədən bu adamabənzər məxluqlar elə bil ki, qan tökmədən rahatlıq tapa bilmirdilər.
Erməni qoşunu Qaxır təpələrinə çatanda Nehrəm dağlarında bir neçə boz canavar üzünü göylərə tutb elə qəzəbli-qəzəbli uladı ki, Andranik özündən asılı olmayaraq vahimələndi və bütün bədənini soyuq tər basdı. Canavarların sürü halında ulaması bu yerlərin öz sahibi var, kimsə buralara gələ bilməz demək idi. Andranik bunu bildiyi üçün canavarların ulamasının pis bir əlamət olduğunu anladı. Ürəyinə damdı ki, bu gün uğursuz bir gün olacaq. Qoşuna dayanmaq əmri verib özü də faytonunda yerini rahatlayıb fikirə getdi.
İllər sonra Nehrəm dağlarında ulayan o boz canavarların Müslümün dəstəsindən olan Nehrəm cavanları olduğu xəbəri Andranikin köksünə xəncər kimi saplanacaqdı.
x x x
Andranik fikirini toplayıb özünə gələnə kimi sizə bir məlumat da verim. Nehrəmlilər təkcə hadisələri və Andronikin yürüşünü izləyibMilli komitəniməlumatlandırmaqla kifayətlənmirdilər. Ordubadın ucqar kəndlərindən ta Naxıvan şəhərinə qədər bir çox döyüşlərdə iştirak edir, qəhrəmancasınavuruşurdular. Aydın təsəvvür yaransın deyə 1918-ci ilin mart ayının 8-də bir nehrəmlinin Naxçıvan şəhərində necə döyüşdüyü haqda olan məlumatı diqqətinizə çatdırım: “Sübhdən başlamış atışma saat 12-də daha da şiddətləndi və saat 1-də müsəlmanlar erməni tərəfinə hücum edib düşməni dalı əyləndirdilər. Müsəlmanları tərənnümə və həyəcana gətirən fəqət Nehram əhli Hacı Molla İsmayıl Axundzadə cənabları oldu. Mumil-ileyh bir əlində tapança digər əlində Quran tutub qabaqda yüyürüb cihad edərək müsəlmanlara yetişdi və müsəlmanları həyəcana gətirdi. İşbu hücumda Xalatovun binası işğal edilib burada xeyli patron və silah qənimət olaraq ələ gəldi”
Naxçıvan şəhərində ermənilərə qarşı belə cihad edən nehrəmli gör indi Nehrəmdə ermənilərə qarşı necə cihad edər. Hacı Molla İsmayıl Axundzadənin timsalında nehrəmlilərin Andranikin qoşunu ilə necə döyüşcəyini təsəvvür edə bilərsiniz.
x x x
Andranik özünə gələn kimi əlinin işarəsi ilə qoşuna “irəli” əmri verdi. Qoşun özündən razı halda Nehrəmə tərəf hərəkətə başladı. Kərbəlayı Muxtar Müslüm, Müseyib və Sadıqla birlikdə Hacəlinin evinin damından erməni qoşununun hərəkətini izləyirdi. Qoşun kəndə yaxınlaşanda Kərbəlayı Muxtar üzünü Müslümə tutub:” bunların yerişi mənim heç xoşuma gəlmədi”,- dedi. Bu adamlar bir-birini bir sözdən, bir işarədən anlayırdı. Müslüm Müseyiblə Sadığa: “adama birini vursaq bəs eləyər”,- dedi və üçü də bir anda gözdən itib kəndin müxtəlif yerlərində mövqe tutdular. Müslüm atəş aşan kimi Müseyiblə Sadıq da tüfəngin tətiyini sıxdılar. Qəfil atəşdən üç erməni əsgəri yerə sərildi, qoşun isə pərən-pərən düşdü. O təkkəbürlü qoşundan əsər-əlamət belə qalmadı. Pərən-pərən düşən ermənilər kolun-kosun, daşın-kəssəyin arxasında gizlənə-gizlənə və Nehrəm arxının içi ilə mısa-mısa irəliləməyə başladılar. Kənddən atılan bu üç güllə səsindən sonra yenə tam sakitlik köçdü. Nə bir kimsə gözə dəyir, nə də səs-səmir gəlirdi. Heç bir kənd Andraniki belə ölü bir sükutla qarşılamamışdı. Nə uşaqlar ağlaşır, nə qadınlar fəryad edirdi. Nə bir it səsi, nə bir pişiy səsi gəlirdi. O güllələr atılmasaydı deyərdin bəs bu kənddə nə bir inni, nə bir cinni var. Sükutun səssizliyi adamın canına vəlvələ salırdı.
Andranik dönüb adyutantına pıçıldadı:”mənim bu kənddən gözüm heç su içmədi. Belə sakitlik ancaq məzarlıqda olur”. Adyutantı Andronikin tərəddüdündən heyrətlənsə də bir söz demədi.
Andranikin dişi bağırsağını kəsirdi. Deyəsən bu Kərbəlayı Muxtar mənimlə siçan-pişik oynayır, mən bu kəndi yer üzündən silməsəm mənə də qaniçən Andranik deməsinlər deyə-deyə mırıldanırdı.
Topları və pulemiyotları təpələrdə yerləşdirəndən və başqa hazırlıqlarını görüb qurtaran kimi, bütün orduya eyni anda dayanmadan atəş açmağı əmir etdi. Elə bil birdən birə qiyamət qopdu. Nehrəm oda-alova büründü.
Paylaş: