
Türkiyə ilə Ermənistan arasında hədəf tam normallaşma və sərhədin açılmasıdır.
Oxu.Az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bəyan edib.
O, "PassBlue" xəbər saytına müsahibəsində ölkəsi ilə Azərbaycanın fundamental prinsiplər üzərində razılığa gəldiyini və sülhün bərqərar olması üçün güclü və aydın öhdəliklərin olduğunu vurğulayıb.
Bundan başqa, Badalyan TRIPP-in (Trampın Sülh və Rifah üçün Beynəlxalq Marşrutu) həyata keçirilməsinin vacibliyini qeyd edərək, bir çox ölkələrin alternativ əlaqələr və marşrutları araşdırdığını bildirib.
Ankara-İrəvan münasibətlərinə toxunan Badalyan ölkəsi ilə Türkiyə arasında yüksəksəviyyəli siyasi dialoqun olduğunu və hər iki tərəfin layihələr həyata keçirdiyini bildirib. O, misal kimi sərhəd körpüsünün təmirini göstərib.
Paylaş: