Xəbər lenti

"Rusiya öz ərazisində müəyyən məqsəd və vəzifələrə uyğun olaraq silahlı qüvvələrin yerləşməsini dəyişmək hüququna malikdir."

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna sərhədində Rusiyaya aid qoşun birləşmələrinin gücləndirilməsi barədə məlumatı şərh edərkən bildirib.

"Bu sualın Müdafiə Nazirliyindəki həmkarlara ünvanlanması daha yaxşı olardı", - Kremlin təmsilçsi bildirib.

Bir qədər əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiya Ukrayna ilə sərhəddə hərbi mövcudluğunu üç motoatıcı diviziya ilə gücləndirib. Baş Qərargah rəisi Viktor Mujenko deyib ki, rus diviziyaları sürətli hücum hərəkətlərinin aparılması üçün nəzərdə tutulub.




Ana səhifəyə qayıt        Baxış: 862          Tarix: 24-07-2017, 17:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma