Xəbər lenti

Qərb mətbuatının yazdığına görə, Rusiya Belarus ərazisində daimi hərbi bazalar yaratmaq niyyətindədir. Maraqlıdır, Belarusda bu cür bazaların yaradılması Avropa üçün rus təhlükəsinin daha da artması kimi xarakterizə edilə bilərmi?

Ovqat.com xəbər verir ki, Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu baş verənlərin Avropa üçün yaxşı heç nə vəd etmədiyini vurğuladı:

“Nəzərə alsaq ki, Belarus Rusiya ilə Avropa arasında tampon bir dövlətdir, o zaman bu dövlətdə rus ordusunun olması o deməkdir ki, Rusiya öz sərhədlərini Avropanın sərhədlərinə çatdırıb. Təsəvvür edin ki, Avropa ilə Rusiya arasında quru müharibəsi başlayıb. İndiki halda belə bir müharibə başlasa, gərək Rusiya öncə Moldova, Ukrayna və Belarusu keçəndən sonra Avropa ilə sərhəddə qoşun çıxarda. Lakin Rusiyanın bu dövlətlərdə ordusu varsa, o zaman Rusiya birbaşa Avropa ilə sərhəddə qoşun çıxarda biləcək. Bir sözlə, rus ordusunun Moldova, Ukrayna və Belarusda ordu saxlaması Avropanın təhlükəsizliyinə böyük riskdir”.

 




Ana səhifəyə qayıt        Baxış: 1 115          Tarix: 5-05-2017, 11:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma