Xəbər lenti

“Ukraynada Rusiya hərbi qulluqçuları yoxdur və olmayıb”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nun baş katibi Yens Stoltenberqin bəyanatına cavab olaraq bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı ilə keçirilən Ukrayna-NATO Komissiyasının iclasının açılışı zamanı hərbi alyansın baş katibi Rusiya hərbi güclərinin Ukraynanın şərqindən çıxarılmalı olduğunu deyib. Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı öz təcavüzkar hərəkətlərinə davam etdiyi müddətdə NATO Kiyevi dəstəkləyəcək.

“İttifaq ölkələri Krımın Rusiya tərəfindən qeyri-qanuni zəbtini heç vaxt tanımayacaqlar. Bundan başqa, Ukraynanın şərqindəki vəziyyət bizi narahat edir”, - Stoltenberq vurğulayıb.

O həmçinin qeyd edib ki, Donbas münaqişəsinin nizama salınması üzrə Minsk razılaşmaları tam həcmdə yerinə yetirilməlidir.




Ana səhifəyə qayıt        Baxış: 1 325          Tarix: 10-07-2017, 17:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma