Xəbər lenti

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ağdamda bu qurumun əməkdaşlarının və avtomobilinin ermənilər tərəfindən atəşə tutulması ilə bağlı məlumata münasibət bildirib.

Ovqat.com bildirir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Oxu.az-a deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında Beynəlxalq Qırmızı Xaç Komitəsi təmas xəttinə və Azərbaycan-Ermənistan sərhədinə yaxın ərazilərdə yaşayan mülki əhalini dəstəkləmək üçün müxtəlif humanitar layihələr həyata keçirir: 

“Biz müntəzəm olaraq, bu icmalara baş çəkirik və cəbhə xəttinin hər iki tərəfində iş aparırıq. Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli orqanlarla birgə həyata keçirdiyi layihələrdən biri də Ağdam rayonun Əhmədağalı kəndində artezian quyusunun reabilitasiyası ilə bağlı həyata keçirilən layihədir. Mediada olan məlumatla əlaqədar deyə bilərik ki, bizim əməkdaşlarımızın 4 may tarixində orada olduğunu təsdiqləyirik. Amma Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının və ya nəqliyyat vasitəsinin hədəf olduğunu bildirən heç bir əlamət və ya əsas yoxdur”.

Xatırladaq ki, mayın 4-də ermənilər Ağdam rayonunda subartezian quyularında təmir-bərpa işləri aparan rayon sakinlərini atəşə tutub. Hadisə yerində BQXK-nın əməkdaşları da olub. Ermənilər tərəfindən atəşkəsin pozulması zamanı xəsarət alan olmasa da, texnika və qurğulara ziyan dəyib. 

N.О.




Ana səhifəyə qayıt        Baxış: 1 004          Tarix: 5-05-2017, 11:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma