Xəbər lenti

Xəbər verdiyimiz kimi Mikayıl Cabbarov iqtisadiyyat naziri təyin edilib. 

“Yeni Sabah” xatırladır ki, Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Bəs İqtisadiyyat Nazirliyinin supernazirliyə çevrilməsi, eləcə də onun başına Mikayıl Cabbarovun rəhbər gətirilməsi ölkəmizə nə verəcək? İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya açıqlamasında durumu şərh edib.

“Mikayıl Cabbarov demək olar ki,de-fakto baş nazir vəzifəsinə gətirilib. Gömrük komitəsi də məncə bu nazirliyə birləşdirilməlidir. Vergi, gömrük bir blokda birləşdirilməlidir. İqtisadiyyat Nazirliyi iqtisadi siyasəti qurmalı olan qurumdur, o praqmatiq işlərlə yox, qısa və uzun vədəli proqramarın tərtibi ilə məşğul olmalıdır. İndi supernazirlik yaradılır. Yaxın gələcəkdə əmlakın özəlləşdirilməsi, kommunal xidmətlərin özəlləşdirilməsi gözlənilir. Bu da maliyyə axınlarının eyni məntiqlə idarə olunmasına, bir mərkəzdə toplanmasına səbəb olacaq və yaxşı addımdır. Nazirlik nəzdində bu bölmələrin yerləşməsi iqtisadi siyasətin bir mərkəzdən idarə edilməsinə və çevik qərarların verilməsinə səbəb olacaq.

Bu posta məhz Mikayıl Cabbarovun gətirilməsi müsbət addımdır. Vergilər Nazirliyində kifayət qədər maraqlı addımlar atdı, vergi orqanlarından şikayətlər azaldı, şəffaflıq təmin edildi. Vergi və gömrük sahibkarların ən çox şikayət etdiyi sahələrdir. Bu nöqteyi nəzərdən bütün bir blokun bir mərkəzdə cəmlənməsi yaxşı qərardır. Əsasnamə təsdiq olunduqdan sonra biləcəyik ki, bu supernazirliyə məhz hansı səlahiyyətlər veriləcək”.




Ana səhifəyə qayıt        Baxış: 52          Tarix: 24-10-2019, 10:44      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent