Xəbər lenti

Ruben Vardanyanın vaxtı ilə Qarabağa gizli gündəliklə gəldiyini onun çıxış və bəyanatlarından görmək olurdu.

Vardanyanın narrativləri onun hüquqi hədəfə gətirilməsi üçün bir xeyli əsas yaradırdı, ən azından, buna görə ki:

- Vardanyan əyani şəkildə Azərbaycan ərazilərində separatçı bölgənin yaradılması və ona liderlik etmək öhdəliklərini göstərirdi,

- Vardanyan ölkə daxilində silahlı üsyançı dəstə formalaşdıraraq mərkəzi hakimiyyətə və dövlətə qarşı itaətsizliyin təmsilçisinə çevrilirdi,

- Vardanyan nəhayətdə Azərbaycanın konstitusion quruluşuna qarşı ucalan səsin obrazına çevrilirdi.

Separatçılığın dəstəklənməsi, qanunsuz silahlı müqavimət gücü yaratmaq regionu təhlükəli məcraya sürüklədiyindən Azərbaycan Vardanyanı zərərsizləşdirdi və nəhayətdə onun yolunu Bakıdakı həbsxanaya saldı.

Bu, hüquqi bir addımdır və belə bir yanaşmanın şübhə altına alınması özü gizli şəkildə separatizmə və onun himayəçisinə çevrilən maliyyə mənbələrinə dəstək əlamətlərini göstərir.

Yəqin, bu səbəbdəndir ki, beynəlxalq platformaların bir qismində müəyyən təbliğat materialları ilə Vardanyanı təqsirsiz təqdim etmək tezislərinin şahidi olmaqdayıq.

Belə ki, son günlər:

- Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürüldüyü haqqında məlumatlar yayıldı,

- Ardınca Vardanyan Bakıdakı həbsxanada aclığa başladığını elan etdi. Mümkündür ki, bu, Vardanyanla əlaqədar aparılan “gizli əməliyyat”ın tərkib hissəsi kimi nəzərə çarpır.

Hesab oluna bilər ki, bunlar:

- Azərbaycanın güc strukturlarının apardığı istintaqla Ruben Vardanyanın çirkli əməliyyatlarını ifşa etməsinə cavab vermək üçün informasiya əməliyyatlarıdır,

- Vardanyanın qlobal qeyri-qanuni maliyyə əməliyyatlarında iştirak edən şirkət və şəxslərin təlimatları üzrə təbliğatlardır (ABŞ-də fəaliyyət göstərən “Edelman” şirkətinin əl-ayağa düşməsi diqqət çəkir).

Çıxaracağımız nəticə bu ola bilər ki, Azərbaycana qarşı Vardanyan üzərindən total beynəlxalq hücumların artacağı istisna deyil.

Ancaq Azərbaycan buna cavab olaraq Vardanyanın dilindən aldığı ifadələr əsasında hücumlara qarşı müdafiə baxışlarını itiləşdirəcək.

oxu.az 

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 4 165          Tarix: 25-04-2024, 17:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma