Xəbər lenti

Cari ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 69,4 min manat məbləğində vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə,

həmin vəsaitin 65 630 manatı (94,6%) gecikdirilmiş əmək haqlarından, 2 500 manatı (3,6%) işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib. Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad edilmələri ilə bağlı müraciətləri əsasında da müvafiq tədbirlər görülüb. İşindən qeyri-qanuni azad edildiyi müəyyən olunan bir sıra şəxslər  yenidən əvvəlki işlərinə bərpa etdiriliblər.

Cari ilin ötən dövründə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər arasında əmək qanunvericiliyində əksini tapan normalar, əməyin mühafizəsi ilə bağlı norma və standartlar barədə məlumatlandırma işləri, habelə əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri də davam etdirilib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 005          Tarix: 7-06-2017, 11:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma