Xəbər lenti
Dünən, 23:09
Dünən, 22:16
Dünən, 20:13
Dünən, 18:25
Dünən, 17:22
Dünən, 14:10
Dünən, 12:14
Dünən, 10:57
9-12-2024, 23:30
9-12-2024, 21:49
9-12-2024, 21:00
9-12-2024, 20:00
9-12-2024, 19:00
Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində sosial xidmət müəssisələrinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” qərar verib.
Ovqat.com APA-nın məlumatına əsasən xəbər verir ki, qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi, Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq sosial xidmət müəssisəsiləri yaradılacaq.
Qərara əsasən Sosial xidmət müəssisələrinin Sabunçu rayonunun Zabrat qəsəbəsində istismara icazə verilmiş binaları, həmin binalara aid bütün infrastruktur qurğu və avadanlıqlar sosial xidmət müəssisələrinin balansına, onların yerləşdiyi torpaq sahəsi isə istifadələrinə verilməlidir. Müəyyən edilib ki, sosial xidmət müəssisələrinin saxlanılması üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabineti ilə razılaşdırmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində sosial xidmət müəssisələrinin nizamnamələrini təsdiq etməlidir. Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar